Azərbaycan Premyer Liqasında bu gün liderlərlə autsayderlər qarşılaşacaq

Azərbaycan Premyer Liqasında bu gün liderlərlə autsayderlər qarşılaşacaq
08:02 3 Fevral 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə iki matç baş tutacaq.  
Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalarla, son iki sırada yer alan kollektivlər üz-üzə gələcək. Günün oyunlarından biri paytaxtda, digəri isə əyalətdə olacaq. Əslində, 2017-ci ilin ikinci futbol həftəsinin hər iki görüşü Bakıda keçirilməli idi. Lakin ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar Peşəkar Futbol Liqası bəzi qarşılaşmaların yerini dəyişib. Bu səbəbdən, "Neftçi" və "Qəbələ" komandaları arasındakı görüş, əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakcell Arena”da deyil, Qəbələ şəhər stadionunda oynanılacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə “Neftçi” – “Qəbələ” matçı kimi qeydə alınacaq.
Hərçənd, cari mövsümdə harada üz-üzə gəlmlərindən asılı olmayaraq, "Qəbələ" "Neftçi" üçün arzuolunmaz rəqibdir. I dövrədə "ağ-qaralar"ı səfərədə 8:0 kimi tarixi hesabla üstələyən "qırmızı-qaralar" II dövrədə də 3 xal əldə etməkdə çətinlik çəkməyiblər - 4:1.
Lider "Qarabağ"ın ən yaxın izləyicisi olan "Qəbələ" budəfəki duelin də favoritidir. Lakin qış fasiləsində "Neftçi"nin köklü dəyişikliklərə getdiyini, heyətinə 7-si əcnəbi olmaqla, 9 futbolçu qatdığını da unutmayaq.
Üstəlik, Antalya toplanışında dizindən zədə aldığı üçün sıradan çıxan Rafael Santos, kor bağırsağından əməliyyat olunan Asif Məmmədov və cəzalı Rulsan Qurbanovun yoxluğunda meydan sahiblərinin ötən tur "Sumqayıt"la görüşdə olduğu kimi (1:1) xal itirməsi də istisna deyil.
Zirvədə qərarlaşan "Qarabağ" isə AZAL-la duelin favoritidir. Ancaq "təyyarəçilər"in sürprizə imza atma ehtimalı "Neftçi" qədər real görünmür. İlk iki dövrədə Ağdam klubundan ümumilikdə 7 cavabsız qol buraxaraq (0:6, 0:1) uduzan şüvəlanlıların son pillədən qurtulmaq üçün daha münasib rəqiblərə "əlcək atması" məqsədəuyğundur.
Azərbaycan Premyer Liqası, XVI tur
3 fevral (cümə)
15:00 AZAL – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
“AZAL Arena”
17:00 “Qəbələ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
Xal durumu:
  • Klublar
O Q H M T-F
1 Qarabağ 15 10 3 2 27-7 33 2 Qəbələ 15 9 5 1 31-8 32 3 İnter 15 7 7 1 25-13 28 4 Sumqayıt 15 4 6 5 14-19 18 5 Zirə 15 5 3 7 13-16 18 6 Kəpəz 15 3 6 6 11-17 15 7 Neftçi 15 3 1 11 10-31 10 8 AZAL 15 1 5 9 7-27 8
Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi "Qəbələ") - 7 qol .

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasi-liderler-autsayderlere-qarsi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR