Tillerson Netanyahu ilə danışdı

Tillerson Netanyahu ilə danışdı
08:14 3 Fevral 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

 

Tillerson ABŞ-ın müttəfiqlərinə dəstək göstərəcəyini təsdiqləyib. Danışıqların digər təfərrüatları açıqlanmır.  

 

Qeyd edək ki, Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bundan əvvəl bildirib ki, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınması İsrail-Fələstin münaqişəsinin nizamlanmasına mane ola bilər.  

 

“Biz hesab etmirik ki, mövcud məskənlər sülhə maneçilik törədir, lakin yeni məskənlərin salınması və ya mövcud məskənlərin genişləndirilməsi Yaxın Şərqdə sülhün əldə olunmasına xeyir gətirə bilməz”, - deyə Ş.Spayser bildirib.  

 

Donald Tramp bundan əvvəl İsraili dəstəklədiyini bəyan edərək, Barak Obama administrasiyasını İsrailin məskunlaşma siyasətini pisləyən BMT TŞ-nin qətnaməsinə dəstək verdiyinə görə sərt tənqid edib.    

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR