KXDR lideri kəşfiyyat rəisini istefaya göndərib

KXDR lideri kəşfiyyat rəisini istefaya göndərib
08:32 3 Fevral 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin kəşfiyyat idarəsinin rəisi Kim Von Xonu istefaya göndərib.
"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi mənbəyə istinadən xəbər verib.
Məlumata görə, buna səbəb kəşfiyyat rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair şübhələrdir. Qeyd olunur ki, Kim Von Xonun hərbi rütbəsi də aşağı salınıb. O, həmçinin korrupsiyada da ifşa edilib.
Mənbə bildirib ki, keçmiş rəisin öz rütbəsini bərpa etməsi şansı azdır.
KXDR-in kəşfiyyat idarəsi məsələyə münasibət bildirməkdən imtina edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kxdr-lideri-kesfiyyat-reisini-istefaya-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR