Rusiyada yol qəzası baş verib.
Publika.az "TASS"a istinadən xəbər verir ki, hadisə Şərqi Sibirdə, Çita şəhərində qeydə alınıb. Belə ki, "Qazel" avtomobilinin elektrikötürücü xəttinə çırpılması nəticəsində sürücü və 6 sərnişin xəsarət alıb.
DİN-in mətbuat xidmətinin xəbərində bildirilir ki, qəzaya sürücünün sərxoş olması səbəb olub. Spirtli içki qəbul etmiş sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib.
Qəza zamanı xəsarət almış 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.