BDU-da SABAH qruplarının müəllimləri üçün treninq keçirilib (FOTO)

BDU-da SABAH qruplarının müəllimləri üçün treninq keçirilib (FOTO)
11:58 16 Mart 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 mart /Trend/

Bakı Dövlət Universitetində Respublika ali məktəblərinin SABAH qruplarının müəllimləri üçün treninq keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbiri BDU üzrə SABAH mərkəzinin rəhbəri, dosent İradə Süleymanova açıb və sözü “GDG professional” şirkətinin direktoru Gülzar Quliyevaya verib.

«İdarəetmə»mövzusunda çıxış edən Gülzar Quliyeva təqdimatında müasir tələbənin müəllimlərdən gözləntiləri, sovet dövrü və müasir müəllimlər arasında fərqli cəhətlər, çətin tələbələrin idarəolunması, stereotiplər, kompleksləri yaradan səbəblər və onların aradan qaldırılması yolları, müasir müəllim-tələbə münasibətlərində çatışmayan cəhətlər barədə danışıb.

Təqdimat maraqlı diskussiyalarla başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2374385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR