İmişli, Şirvan və Binəqədidə YANĞIN

İmişli, Şirvan və Binəqədidə YANĞIN
09:04 3 Fevral 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Şirvan şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət olan evin aynabəndinin tavanı 30 msahədə yanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik olan talvar yanğından mühafizə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR