"Qarabağ" AZAL-a, "Qəbələ" "Neftçi"yə qarşı

"Qarabağ" AZAL-a, "Qəbələ" "Neftçi"yə qarşı
09:12 3 Fevral 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada XVI tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun matçları iki gün ərzində keçiriləcək.

Günün ilk matçında turnir cədvəlinin əks qütblərində qərarlaşan komandalar görüşəcək. Turnir cədvəlinin lideri "Qarabağ" autsayder AZAL-ın qonağı olacaq. Son iki matçda qələbəyə həsrət qalan Ağdam təmsilçisi "təyyarəçilər"i də məğlub edə bilməsə, ilk pilləni əldən verə bilər. Tərlan Əhmədovun komandası isə qələbə qazansa, son sıranı tərk edəcək.
 
Liderin büdrəməsi "Qəbələ"nin işinə yaraya bilər. "Neftçi" ilə səfərdə görüşməli olan "qırmızı-qaralar" hava şəraiti ilə əlaqədar rəqibini evdə sınağa çəkəcək. İlk iki matçda rəqibini darmadağın edən əyalət klubu liderin büdrəməsindən yararlanıb, zirvəni ələ keçirmək arzusundadır. 4 turdur qələbə nə olduğunu bilməyən paytaxt klubu isə AZAL-ın onları keçməməsi üçün xal əldə etməlidir. Qış fasiləsində heyətini yeniləyib, xeyli güclənən "Neftçi" "Qarabağ"la heç-heçənin ardından liderlər qrupunun daha bir üzvünün qonağı olacaq. Bu dəfə klubun yetirməsi Araz Abdullayev də ilk dəfə doğma komandasına qarşı oynamaq imkanı qazana bilər.
 
Premyer Liqa
XVI tur
3 fevral (cümə)

15:00. AZAL - "Qarabağ"
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
"AZAL Arena"

17:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

Turnir cədvəli

1.

Qarabağ

15

10

3

2

27-7

33

2.

Qəbələ

15

9

5

1

31-8

32

3.

İnter

15

7

7

1

25-13

28

4.

Sumqayıt

15

4

6

5

14-19

18

5.

Zirə

15

5

3

7

13-16

18

6.

Kəpəz

15

3

6

6

11-17

15

7.

Neftçi

15

3

1

11

10-31

10

8.

AZAL

15

1

5

9

7-27

8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi "Qəbələ") - 7 qol

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR