Daha hər kəs avtobus sürə bilməz

Daha hər kəs avtobus sürə bilməz
09:22 3 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib.

Mili.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin  "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.
 
Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yaşdan yaranıb. Əsasnaməyə edilən dəyişikliyə əsasən, yaş həddi çərçivəsi 26 yaşdan 65 yaşadək müəyyənləşdirilib.
 
Xatırladaq ki, "DE" qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobillərdir. Müvafiq tələb  "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 30 sentyabr tarixli qanunda əksini tapıb. "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə edilən dəyişiklikdə bu tələbin tətbiqinə başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR