AMB kotirovka sorğuları keçirir

AMB kotirovka sorğuları keçirir
09:22 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin, printer və surətçıxarma aparatı kartriclərinin satın alınması üzrə kotirovka sorğusu elan edib.
"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Bundan başqa, qurum özünə məxsus torpaq və tikililərin mühafizəsinin təşkil edilməsi ilə bağlı da kotirovka sorğusu keçirir. 
Təkliflər fevralın 14-nə qədər AMB-nin inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında) qəbul olunur. Nəticələr fevralın 14-ü, saat 10:00-da adı çəkilən ünvanda açıqlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-kotirovka-sorgulari-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR