Kəşfiyyat rəisi istefaya göndərildi

Kəşfiyyat rəisi istefaya göndərildi
09:27 3 Fevral 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin kəşfiyyat idarəsinin rəisi Kim Von Xonu istefaya göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Renxap" agentliyi mənbəyə istinadən xəbər verib.
Məlumata görə, buna səbəb kəşfiyyat rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair şübhələrdir. Qeyd olunur ki, Kim Von Xonun hərbi rütbəsi də aşağı salınıb. Onun həmçinin korrupsiya əməli də ifşa edilib.
Mənbə bildirib ki, keçmiş rəisin öz rütbəsini bərpa etməsi şansı azdır.
KXDR-in kəşfiyyat idarəsi məsələyə münasibət bildirməkdən imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR