Ronaldinyo yenidən "Barselona"da

Ronaldinyo yenidən "Barselona"da
09:27 3 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq futbolçusu Ronaldinyo kluba qayıdıb.  

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yaxın illərdə Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək.
 
O, həmçinin "Əfsanələr" layihəsinin bir hissəsi olacaq. Layihə çərçivəsində "Barsa"nın sabiq futbolçuları bütün dünyada futbol matçlarında iştirak edəcəklər. 
 
Rəsmi müqavilə fevralın 3-də "Kamp Nou" stadionunda imzalanacaq. Mərasimə braziliyalı ulduzdan başqa, klubun prezidenti Xosep Mariya Bartomeu da qatılacaq.
 
Qeyd edək ki, Ronaldinyo "Barselona"da 2003-2008-ci illərdə çıxış edib. O, 198 oyuna 91 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR