Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı

Bakıda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı
09:37 3 Fevral 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, bu gün səhər saat 8 radələrində, dərs balamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu onunla eyni sinifdə oxuyan Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Zərifə Yusifova SalamNews-a təsdiq edib. O, bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR