"Ərzaq məhsullarının tədarükü və təchizatı” şirkəti ofis mebelləri axtarır

"Ərzaq məhsullarının tədarükü və təchizatı” şirkəti ofis mebelləri axtarır
09:47 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ofis mebellərinin satın alınması üçün açıq tender elan edib. "Report" "Xalq" qəzetinə istinadən xəbər verir ki, tender bir lot üzrə keçirilir, iştirak haqqı 150 manatdır.
İddiaçılar zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 9 mart saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə 17 mart saat 16:00-a qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu,57 (əlaqələndirici şəxs - Elvin Abbasov; tel.: (050) 251 75 10) ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri martın 27-də, saat 17:00-da eyni ünvanda açılacaq və prosesdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/erzaq-mehsullarinin-tedaruku-ve-techizati-ofis-mebelleri-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR