Məktəbdə qan töküldü: 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı

Məktəbdə qan töküldü: 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı
09:53 3 Fevral 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan 9-cu sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Zərifə Yusifova da təsdiq edib. O bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunur. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib. (salamnews)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR