Çingizin Sevgililər günü hədiyyəsi

Çingizin Sevgililər günü hədiyyəsi
09:56 3 Fevral 2017
78 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Çingiz Mustafayev 14 Fevral Sevgililər günündə konsert verəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi özü xəbər verib.

O bildirib ki, konsertdə “Palmas” qrupu ilə birlikdə çıxış edəcək:

“Baxmayaraq ki, “Unudulmayanlar” adlı üçgünlük konsertimizdən az vaxt keçib, biz yeni bir tədbir etmək qərarına gəldik. İstədik ki, 14 Fevralda Sevgililər gününüz daha romantik olsun. Həmin gün sizi “Te amo” adlı Latino gecəmizə dəvət edirik. İspan mahnıları, flamenko, latino deyəndə ağla ilk olaraq sevgi, hədsiz məhəbbət gəlir. Konsertimizdə romantik ifalarla yanaşı, ritmik mahnılar da yer alacaq. Bütün sevənləri bura gözləyirik”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR