Toydan iki gün əvvəl nişanlısı xəyanət etdi - FOTO

Toydan iki gün əvvəl nişanlısı xəyanət etdi - FOTO
09:57 3 Fevral 2017
163 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Dünya başıma yıxılıb. Nə edəcəyimi bilmirəm. Nişanlımın belə iyrənc davranışına söz tapmaq mümkün deyil".

Dünyanın ən məşhur müğənnilərindən və aktrisalarından biri, avstraliyalı Kayli Minouq depressiyadadır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, iki gün sonra 48 yaşlı Kayli Minouqla nişanlısı, 29 yaşlı aktyor Coşua Sassın toyu olmalı idi. Minouq hətta gəlinlik paltarı da seçmişdi.

Müğənni və aktrisa 1985-ci ildə "Qonşular" serialında geyindiyi gəlinlik paltarından fərqli dizaynlı geyim sifariş vermişdi.

Minouq toydan sonra ərinin soyadını da götürəcəyini demişdi.

Kayli Minouq və Coşua Sass ötən ilin fevralında nişanlanıblar. Onlar 2015-ci ilin yayında "Qalavant" serialının çəkilişində tanış olmuşdular.

Bu gün isə bəlli olub ki, Coşua Sass nişanlısına ispan aktrisa, 34 yaşlı Marta Milansla xəyanət edib.

O da bəlli olub ki, ötən ay K.Minouq və C.Sass Parisə, Yüksək Moda Həftəsinə yollananda onların arasında dəfələrlə münaqişə, qalmaqal olub.

48 yaşlı Kayli Minouq bu gün nişan üzüyünü barmağından çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR