İran müttəfiqinin kimliyini göstərdi

İran müttəfiqinin kimliyini göstərdi
10:17 3 Fevral 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın ali liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti Ermənistan Müdafiə Nazirliyinin başçısı Vigen Sarkisyanı "İsrail tərəfindən regionda münaqişənin qızışdırılmasına" yol verməmək üçün birgə səy göstərməyə çağırıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilə qədər, Əli Xamenei və Haşimi Rəfsancaninin prezidentlikləri dövründə İranın xarici işlər naziri vəzifəsini tuturdu. İki dəfə İran İslam Respublikası prezidentliyinə namizəd olub. 1992-ci ildə o, Qarabağ münaqişəsinin nizama salınması üzrə İranın vasitəçilik missiyasında iştirak edib.

Əli Əkbər Vilayəti erməni nazirlə söhbətdə Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunaraq deyib: "Ümid edirik ki, İran Ermənistanın və Azərbaycanın münasibətlərində vasitəçi rolunu oynaya biləcək ki, biz İranın və Ermənistanın tarixi qarşılıqlı fəaliyyətinin təkrarının şahidi olaq".

Regional təhlükəsizlik məsələlərindən danışan Vilayəti bildirib: "Bəzi xarici güclər, məsələn, İsrail kimi, regiona girməyə və regional proseslərə qarışmağa çalışırlar. Biz ayıq olmalı və imkan verməməliyik ki, özgələr bizim regionumuzda toqquşmalara təhrik etsinlər".

Ermənistanın müdafiə naziri V.Sarkisyan öz növbəsində iki ölkənin dost münasibətlərinin yüksək səviyyəsini vurğulayıb və əlavə edib: "Ermənistan və İran ümumi çağırışlar qarşısında dururlar. Biz əminik ki, ikitərəfli əməkdaşlıq nəticəsində bu çağırışların öhdəsindən gəlməyi bacaracağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR