İtaliyada 9 rahibə eyni vaxtda hamilə qaldı

İtaliyada 9 rahibə eyni vaxtda hamilə qaldı
10:38 3 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən il 5 Şimali afrikalı qaçqına qapılarını açan Milandakı qadın monastrının 9 rahibəsi hamilə qalınca qalmaqal ortaya çıxıb. Afrikalılarla cinsi əlaqəyə girmədiklərini deyən rahibələr bunun bir möcüzə olduğunu bildiriblər.

Rahibələr zülmdən qaçan qaçqınlara kömək edərək tanrını məmnun edəcəklərini düşünüblər.

Monastırdakı nizamdan cavabdeh olan baş rahibə anası xəstə olduğu üçün gecələri monastırdan ayrılmaq məcburiyyətində qalır. Bu vəziyyətdən istifadə edən gənc rahibələr gecələri immiqrantlarla keçiriblər.

Aradan 6 ay keçdikdən sonra 9 rahibənin hamilə olduğu ortaya çıxıb.

Qəzetə danışan rahibələr, immiqrantlarla əlaqəyə girmədiklərini deyiblər: “Səhv bir şey etmədik. Onların sevgi və təsəlliyə ehtiyacı vardı. Məryəm də bakirəykən hamilə qaldı və baş rahibə də bizim kimi onun günahsız olduğuna inanır. Bizə belə bir möcüzə bəxş edildi, bunun başqa şərhi yoxdur. Bunun üçün tanrıya şükür edirik”.

Ancaq immiqrantlardan birinin qəzetə verdiyi açıqlamada hadisənin rahibələrin danışdığından fərqli olduğu ortaya çıxıb: “Rahibələrlə çox əyləndik və bütün tanıdıqlarımıza bu yeri tövsiyə edəcəyik. Rahibələrə təşəkkürlər, İtaliyaya təşəkkürlər”.

Baş rahibə immiqrantlarla əlaqəyə girən rahibələrin kilsədən ayrılmalarını tələb edib. (milli.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR