Vergilər Nazirliyində yeni təyinatlar olub

Vergilər Nazirliyində yeni təyinatlar olub
11:02 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. “Report” xəbər verir ki, həmçinin Nazirliyin departamentlərindən birində də dəyişiklik olub.
Məlumata görə, F.Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib. Bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.
Qeyd edək ki, M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktoru olub. Onun yerinə bu vəzifəyə Nəsimi Əsgər oğlu Cəfərov təyin edilib. N.Cəfərov isə bu vaxta qədər Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyinde-yeni-teyinatlar-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR