"Xalq Sığorta" internet saytını yeniləyib: bütün məhsullarımızı onlayn əldə edin!

"Xalq Sığorta" internet saytını yeniləyib: bütün məhsullarımızı onlayn əldə edin!
11:05 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Sığorta bazarının liderlərindən biri olan "Xalq Sığorta" ASC yenilənmiş internet saytını (www.xalqsigorta.az) müştərilərinə təqdim edib.

Hər zaman müştərilərinin rahatlığını düşünən "Xalq Sığorta"nın xidmətləri yeni internet səhifəsi vasitəsilə daha da əlçatan olub. Bundan sonra hər kəs evindən və ya iş yerindən ayrılmadan sayta daxil olaraq şirkətin təqdim etdiyi məhsulları sifariş edə və ya əldə edə bilər. Buna görə də sayt əvvəlkindən fərqli olaraq daha dinamik, funksional və rahatdır. 

Avtomobilini, əmlakını icbari sığorta etdirmək istəyən və ya səyahətini sığortalamaq niyyətində olanlar onlayn şəkildə bu xidməti əldə edə bilərlər.

Yeni sayt vasitəsilə şirkət müştərilərinə kasko sığortası üzrə məhsul sifarişini də onlayn həyata keçirmək imkanı verir. 

Qeyd edək ki, 2005-ci ildən sığorta bazarına daxil olan "Xalq Sığorta" 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir. "Xalq Sığorta" Azərbaycan sığorta bazarının ən iri iştirakçılarından biri olaraq 39 mln. 388,700 min manat ödənilmiş nizamnamə kapitalına malikdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/513904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR