Azərbaycanda dəhşətli hadisə: iti güllələyərkən özünü öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda dəhşətli hadisə: iti güllələyərkən özünü öldürdü - TƏFƏRRÜAT
11:19 3 Fevral 2017
406 Digər
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda dəhşətli hadisə baş verib. Lent.az xəbər verir ki, dünən gecə saatlarında Xındırıstan kəndində 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahla atəş açarkən özünə xəsarət yetirib. O, hadisə yerindəcə vəfat edib.

 

 

Bildirilir ki, 45 yaşlı T. İsmayılov dünən axşam saatlarında yaşadığı evin həyətinə it girdiyini görüb. O, həyətə düşərək özünün kustar üsulla hazırladığı və tüfəngə bənzəyən silahla iti vurmaq istəyib. Bu zaman silahın çaxmağı çıxaraq onun sağ gözünü parçalayıb. Baş beynindən ağır xəsarət alan T.İsmayılov hadisə yerindəcə ölüb.

 

Ailə üzvləri bildiriblər ki, T.İsmayılov həyətə düşəndən bir qədər sonra partlayış səsi eşidiblər. Onlar həyətə düşüb Tofiqi axtarıblar və təxminən 2 saat sonra onun meyitini tapıblar.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR