Lənkəranda iki uşaq anası intihar edib

Lənkəranda iki uşaq anası intihar edib
11:27 3 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 3 fevral. REPORT.AZ/ Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib. 
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Osakücə kəndində baş verib.
İki uşaq anası olan 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı yaşadığı evdə özünü asaraq intihar edib.
Hadisədən həyat yoldaşı xəbərdar olub və polis şöbəsinə məlumat verib. 
Hadisə yerinin müayinəsi zamanı intihar faktı təsdiqlənib. 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-32-yasli-qadin-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR