Obamalar istirahətdən qayıtdılar - FOTO

Obamalar istirahətdən qayıtdılar - FOTO
11:37 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq prezidenti Barak Obama ailəsi ilə birlikdə Vaşinqtona qayıdıb.

Barak və Mişel Obamalar qızları Saşa və Maliya ilə birlikdə Britaniya Virciniyası arxipelaqındakı Neker adasında dincəlirdilər.

Milli.Az ABC-yə istinadən bildirir ki, onlar "Virgin Group" korporasiyasının sahibi, britaniyalı milyarder Riçard Brensonun qonağı idilər.

Neker adası Brensona məxusdur.

Nekerdən Tortuqa adasına yollanan Obamalar daha sonra özəl reaktiv təyyarə ilə Palm-Sprinqs şəhərinə üz tutublar.

Burada bir müddət qalandan sonra Obamalar Vaşinqtona, 4,3 milyon dollarlıq malikanələrinə dönüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR