Coli Pitdən aliment tələb edir - aylıq 100 min dollar

Coli Pitdən aliment tələb edir - aylıq 100 min dollar
11:41 3 Fevral 2017
46 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ancelina Coli boşanma ərəfəsində olduğu əri Bred Pitdən aylıq 100 min dollar aliment tələb edir.

Axşam.az-ın məlumatına görə, bu barədə "InTouch" dərgisi xəbər yayıb. Colinin fikrincə, bu, onların 6 uşağına kifayət edəcək. Eyni zamanda həmin puldan illik 250 min dollar uşaqların fondunun hesabına keçəcək.

Bred isə tələb olunan məbləği o şərtlə ödəməyə razılıq verib ki, nəzərdə tutulan pul fonda, həqiqətən də, köçürüləcək.

Bundan başqa Coli və Pit arasında uşaqların himayədarlığı mübahisəsi hələ bitməyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR