SOCAR qazma işlərini 14% artırıb

SOCAR qazma işlərini 14% artırıb
11:42 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 146 metr qazma işi həyata keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay aparılan qazma işləri 2016-cı ilin yanvar ayından 13,6% çox olub.
Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Cari ilin yanvar ayı ərzində qazmadan alınmış 6 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. Qeyd edək ki, ötən ilin yanvar ayında 1 quyu təhvil verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-qazma-islerini-14-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR