"Barselona"nın futbolçusu Andres İnyesta zədəsini sağaldıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb.
Onun La Liqanın 21-ci turunda sabah keçiriləcək "Atletik"lə oyuna hazır olduğu bildirilib.
Qeyd edək ki, A.İnyesta bu mövsüm 21 matçda 1 qol vurub, 4 qolun ötürməsini verib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində