Səfir: "Türkiyə prezidenti mart ayının birinci yarısında Rusiyaya səfər edəcək"

Səfir: "Türkiyə prezidenti mart ayının birinci yarısında Rusiyaya səfər edəcək"
11:47 3 Fevral 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyə prezidentinin Rusiyaya səfərinin mart ayında olacağı gözlənilir. Gündəlikdə isə yenə də ikitərəfli münasibətlərin yaxşılaşdırılması olacaq.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a müsahibəsində Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz bildirib.
"Prezident Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri mart ayının birinci yarısına planlaşdırılır. Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə son yarım ildə dördüncü görüşü keçiriləcək", - deyə, H.Diriöz vurğulayıb.
Diplomatın sözlərinə görə, qarşıdakı görüşdə bir sıra sahələrdə ikitərəfli münasibətlərin qurulması və yaxşılaşdırılması üzrə növbəti addımların müzakirə ediləcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/sefir-turkiye-prezidenti-mart-ayinin-birinci-yarisinda-rusiyaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR