Bu yolun yenidən qurulması çox şeyi dəyişə bilər - FOTO

Bu yolun yenidən qurulması çox şeyi dəyişə bilər - FOTO
11:52 3 Fevral 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" ASC tərəfindən 154,4 km uzunluğu olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) yenidən qurulması işləri aparılır.

Qurumdan Milli.Az-a verilən məlumata görə, layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. 1-ci Mingəçevir-Mingəçevir stansiyası hissəsi (km 0-16,4), 2-ci Aran-Qarağacı hissəsi (km 0-26) və 3-cü isə Qarağacı-Bəhramtəpə hissəsidir (km 26-138).

Yolun 16,4 km-lik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il start verilib və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Sözügedən hissə 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur.

Layihəyə uyğun olaraq, yolun hərəkət hissəsinin eni 7,5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və 2 hərəkət zolağından ibarət olacaq.

Yolun 26 km uzunluğunda Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin sonunda başlanılıb. Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Bura 7 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edəcək. Hazırda sözügedən hissədə mobilizasiya işləri tamamlanmaq üzrədir.

Layihəyə əsasən, yolun 111,9 km uzunluğunda Qarağacı-Bəhrəmtəpə hissəsi üzrə də yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəllərində başlanılıb və 2 il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Hər bir zolağın eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metr, ümumi yol yatağının eni isə 12 metr təşkil edəcək.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun aparılır və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/513921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR