Bakı Təhsil İdarəsi Binəqədidə məktəbin həyətində şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb

Bakı Təhsil İdarəsi Binəqədidə məktəbin həyətində şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb
11:57 3 Fevral 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda şagirdin bıçaqlaması ilə bağlı məsələyə aydınlıq gətirib.
İdarədən “Report”a bildirilib ki, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, fevralın 3-də səhər saat 8 radələrində dərs balamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.
Məlumata görə, məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-tehsil-i-daresi-bineqedide-sagirdin-bicaqlamasi-ile-bagli-aciqlama-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR