Nazir prezidentin tapşırığını yerinə yetirdi - Ön xətdə yoxlama - FOTO

Nazir prezidentin tapşırığını yerinə yetirdi - Ön xətdə yoxlama - FOTO
11:57 3 Fevral 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Z.Həsənov çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və ali baş komandanın adından mükafatlandırıb.

Zabit Əsgərov
Milli.Az

 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR