Moldova prezidenti İqor Dodon ölkənin tarixi bayrağını qəbul etməyi təklif edib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda ölkənin görkəmli şəxsiyyətlərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
İqor Dodon qeyd edib ki, 2 fevral Moldovanın tarixində yaddaqalan gündür.
“Məhz 1365-ci ilin bu günündə Moldovanın dövlət quruluşu ilk dəfə rəsmən tanınıb. Gəlin bu günlə bağlı ad üzərində düşünək. Variantlardan biri kimi Moldova dövlət quruluşu Günü təklif edirəm. Bundan başqa, Moldova Respublikasının tarixi bayrağını, öküz başı təsvir edilmiş qırmızı rəngli bayrağın qəbul edilməsini təklif edirəm”, - deyə İqor Dodon bildirib.
Prezident qeyd etdi ki, hər iki təşəbbüsü ictimaiyyətlə müzakirə etmək və razılığa gəlmək niyyətindədir. Dövlət başçısı ən yaxın həftələr ərzində qanunverici təşəbbüslərlə çıxış edəcəyini vurğulayıb.
Ömər Dağlı