Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfər edəcək - FOTO

Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfər edəcək - FOTO
12:05 3 Fevral 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Ə.Əlizadə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib, assambleya sədrinin cari ildə Azərbaycana səfərinin bu əlaqələrə xüsusi töhfə verəcəyini bildirib.

Səfir ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə də təşəkkür edən səfir, Azərbaycanın da Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Cari ilin fevral ayında 25-ci ildönümü tamam olacaq, təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının tanınması və bu soyqırımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtı ilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Pakistanın Milli Assambleyasının sədri S.A.Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu bildirib, Azərbaycanın Kəşmir məsələsindəki mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dağlıq Qarabağ məsələsinin diqqətdə saxlandığını, Pakistanın daim Azərbaycanı dəstəklədiyini bildirən S.A.Sadiq 1992-ci ildə törədilmiş Xocalı soyqırımının da unudulmadığını bildirib. Parlamentlərarası əlaqələrin daha da artırılması gərəkdiyini vurğulayan assambleya sədri münasib zamanda Azərbaycana səfər edəcəyini qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR