Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA

Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA
12:08 3 Fevral 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə qeydə alınan bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən Publika.az-a verilən xəbərə görə, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin həyətində bu gün dərs başlamamışdan əvvəl (saat 8 radələrində) IX sinif şagirdi Nemət Musayev onunla eyni sinifdə oxuyan Elturan Əmənova bıçaqla xəsarət yetirib.

Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

Bakı məktəbində QANLI OLAY: 9-cu sinif şagirdi bıçağa əl atdı və... - YENİLƏNİB

Bakı məktəbində QANLI OLAY


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR