Ronaldu ötən il Messidən çox qazanıb

Ronaldu ötən il Messidən çox qazanıb
12:12 3 Fevral 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Forbes" jurnalı dünyanın 100 ən yüksək ödənişli idmançılarının siyahısını dərc edib. 
"Report"un məlumatına görə, reytinqdə idmançıların 2016-cı ildə əldə etdikləri əmək haqqı, bonus və reklam gəlirləri nəzərə alınıb.
İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu siyahıda liderdir. Portuqaliyalı futbolçu 88 milyon dollarlıq gəlirlə ilk sıradadır. Ronaldu bu vəsaitin 56 milyon dollarını klubdan, 32 milyon dollarını isə reklam gəlirlərindən əldə edib.
Reytinqdə 2-ci pillədə İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçu 2016-cı ildə 81,4 milyon dollar (53,4 + 28) qazanıb. ABŞ-ın "Klivlend" basketbol komandasənın lideri Lebron Ceyms isə üçüncüdür. Onun gəliri 77,2 milyon dollar (23,2 + 54) təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/forbes-jurnali-dunyanin-100-en-yuksek-mevacibli-idmancilarinin-siyahisini-derc-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR