Şəkidə 150 kq qarğıdalı və 40 kq fındıq oğurlayan 3 nəfər tutulub

Şəkidə 150 kq qarğıdalı və 40 kq fındıq oğurlayan 3 nəfər tutulub
12:12 3 Fevral 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Şəkidə vətəndaşın həyətindən oğurluq edən şəxslər tutulublar.
"Report"un xəbərinə görə. bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin həyətindən 150 kiloqram qarğıdalı və 40 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən Birinci Biləcik kənd sakinləri Babək Qəhrəmanov, Famil Qəhrəmanov və Natiq İsmayılov tutulublar.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekide-150-kq-qargidali-ve-40-kq-findiq-ogurlayan-3-nefer-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR