Türkiyədə faktiki inflyasiya gözləntiləri üstələyib

Türkiyədə faktiki inflyasiya gözləntiləri üstələyib
12:12 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyədə istehlak qiymətləri indeksi bu ilin yanvar ayında aylıq müqayisədə 2,46%, illik müqayisədə isə 9,22% artım göstərib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, gözləntilər aylıq inflyasiyanın 1,76%, illik inflyasiyanın isə 8,6% artacağını göstərib. Daxili istehsal inflyasiyası aylıq 3,98%, illik isə 13,69% təşkil edib.
"Report"un analitik qrupu bildirir ki, inflyasiyanın gözləniləndən daha sürətlə artması son bir neçə ayda Türkiyədə dolların məzənnəsinin 30%-ə yaxın artması ilə bağlı olub. İnflyasiyanın növbəti aylarda bir qədər səngiməsi gözlənilir. Buna səbəb dolların məzənnəsinin Türkiyədə cari səviyyədə sabitləşməsi ehtimalları ilə bağlıdır. 
Analitik qrup məzənnənin 3,60 TRY/USD səviyyəsinə qədər endikdən sonra 3,70-3,80 TRY/USD-də sabitləşəcəyini proqnozlaşdırır: "Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin yanvar ayı üzrə ixrac göstəricisi açıqlanıb. Hesabata görə, Türkiyə yanvarda ixrac illik müqayisədə 15% artaraq 10,528 mlrd. dollar təşkil edib. Dekabrda isə ixrac illik 9,3% artaraq 12,817 mlrd. dollar olmuşdur. Bu səbəbədən cari hesabında xroniki kəsir problemi olan Türkiyədə dolların məzənnəsinin kəskin azalması mümkün görünmür". 
Xatırladaq ki, Türkiyənin kredit reytinqinin azaldıldığı şəraitdə ölkənin xarici valyutaya ehtiyacı daha da artıb. Bu ehtiyac isə ancaq xarici valyutanın məzənnəsinin yüksəlməsi nəticəsində ixracın artması ilə təmin edilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-faktiki-inflyasiya-gozlentileri-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR