"Qəbələ" "Neftçi" matçına 3 əskiklə çıxacaq

"Qəbələ" "Neftçi" matçına 3 əskiklə çıxacaq
12:17 3 Fevral 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XVI turu çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək "Qəbələ" oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk 3 futbolçunun xidmətindən məhrum olub.


Rafael Santos və Asif Məmmədov zədədən əziyyət çəkir. Antalya toplanışında ağır zədə alan braziliyalı İtaliyada əməliyyat olunacaq. Asif Məmmədov isə artıq əməliyyat masasına uzanıb. Amma o, zədədən yox, kor bağırsağından əməliyyat edib.


Daha bir futbolçu - Ruslan Qurbanov da kənarda qalacaq. Mövsümün əvvəlində "Neftçi"dən transfer olunan hücumçunun sabiq komandasına qarşı oynamamasının səbəbi cəzalı olmasıdı. Ötən tur "Sumqayıt"la oyunda sarı vərəqə alan Ruslan limiti doldurub və bu tur istirahət etməlidi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotneftciquot-matcna-3-skikl-cxacaq-t56022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR