Tanınmış professor yanğında zəhərlənib öldü - BAKIDA

Tanınmış professor yanğında zəhərlənib öldü - BAKIDA
12:24 3 Fevral 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

 

Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 70 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR