Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Arkanzas ştatının senatoru Con Buzman və eyni ştatın konqresmeni Robert Aderholt ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə baş konsul onlara Azərbaycan tolerantlıq modeli haqqında məlumat verib.
O, Azərbaycanda bütün dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını bildirib.