Komitə sədrinə iki müavin təyin edildi

Komitə sədrinə iki müavin təyin edildi
12:34 3 Fevral 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.

 

"APA-Economics"in əldə etdiyi məlumata görə, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.

 

Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR