"Uduzmaq əhval-ruhiyəni korlayır" - “Kəpəz”in futbolçusu

"Uduzmaq əhval-ruhiyəni korlayır" -   “Kəpəz”in futbolçusu
12:37 3 Fevral 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVI turunda “Kəpəz” Bakıda “Zirə” ilə qarşılaşacaq. Fanat.Az xəbər verir ki, komandanın hücumçusu Tural Rzayev klubun saytına saytına oyunla bağlı açıqlama verib: 


“Çempionatın ikinci hissəsinə uğursuz start verməyimiz bizi məyus etdi. Çünki qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdu və bunun bərhəsini də ilk oyunda görmək istəyirdik. Amma gözlənilməz şəkildə uduzduq. Düşünmürəm ki, “İnter” önündə alınan böyükhesablı məğlubiyyət qarşıdakı matça mənfi təsir etsin. Əksinə, “Zirə”yə qarşı matçda uğurlu nəticəyə daha da köklənmişik. Məğlubiyyəti qələbə ilə unutdurmaq olar. Hamı da məsuliyyəti dərk edir. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük. Meydana qalib gəlmək üçün çıxacağıq. Psixoloji hazırlığımız yerindədir. Razıyam ki, uduzmaq əhval-ruhiyyəni korlayır. Amma son qarşılaşmadan dərs götürmüşük, məşqçilər korpusu da bizi motivasiya edir”.


Qeyd edək ki, “Zirə” – “Kəpəz” oyunu sabah keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotuduzmaq-hval-ruhiyni-korlayrquot-t56025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR