Ekspert: ""Xaçik"lər zor gücünə azərbaycanlı girovdan istifadə etməyə çalışacaqlar"

Ekspert: ""Xaçik"lər zor gücünə azərbaycanlı girovdan istifadə etməyə çalışacaqlar"
12:42 3 Fevral 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənilər istədiklərini əldə edə bilmədiklərinə görə çox gərgin vəziyyətdədirlər"
 

"Ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı dünəndən həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar yayıldıqca məsələnin bəzi detalları artıq aydınlaşmağa başlıyır. Bizim Müdafiə Nazirliyinin hadisə ilə bağlı mövqeyini, yəqin ki, hamı oxuyub və bilir. Məni ən çox maraqlandıran və diqqətlə izlədiyim Ermənistan mətbuatının sərgilədiyi mövqedir. Gözləyirdim ki, bunlar adı çəkilən Elnur Hüseynzadəni kamera və mikrofon qarşısına çıxarıb ondan "çox qiymətli" "hərbi və dövlət sirlərini" göstərəcəklər. Bu saata və dəqiqəyə kimi bədnam qonşularımız girov götürdükləri vətəndaşımızla bağlı hər hansı bir sübutedici fakt və ya etirafedici məlumat əldə edə bilmədiklərinə görə çox gərgin vəziyyətdədirlər".

Milli.Az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

O ermənilərin açıqlamalarını gülünc adlandırsa da, Azərbaycan mediasında gedən və onlara sərf edən hər bir informasiyadan öz xeyirləri üçün maksimum istifadə etməyə çalışdıqlarını qeyd edib:  

"Doğrusu, mən bilməzdim ki, Ermənistan MN-in sözçüsü, öz yalan-palanları ilə hətta öz xarabasında da zərrə qədər hörməti olmayan Artsrun Hovhannisyan, bizim Azərbaycan dilini belə "gözəl" bilir. Bu şəxs dünən Elnur Hüseynzadənin anasının yerli mətbuata verdiyi videoaçıqlamanı rəsmi olaraq Ermənistan MN-in mövqeyi kimi paylaşaraq, ona özünəməxsus şəkildə rəy, mövqe bildirib. Bu həyasız gədə çox uzağa gedərək reallıqdan uzaq olan bəzi məsələlərə də toxunub. Mən bəzi irad və narahatlığımı ifadə edəndə məhz bu amili nəzərdə tuturdum ki, Bakıda dərc olunan ən xırda onlayn sayt və ya çap mətbuatında yerləşdirilən xəbərdən belə düşmənlər bizim öz əleyhimizə istifadə etməyə çalışırlar və onların da əsas məqsədlərindən biri və bəlkə də birincisi budur - informasiya müharibəsində fikir formalaşdırmaq".

Ü.Cəfərovun sözlərinə görə, bu həyasızlar hərb sahəsində o qədər savadsız və o qədər primitiv açıqlama verirlər ki, bəzən onların diletant açıqlamaları beynəlxalq səviyyədə də özünə yer tapır və Azərbaycana qarşı istifadə olunur: "Fikir verin, bunlar bizim vətəndaşı diversant kimi təqdim edirlər. Əgər bunların olmayan ağlı ilə fikirləşsək ki, həqiqətən də bizim keçmiş, ya indiki hərbçimiz, fərq etməz, Elnur Hüseynzadə düşmənin ərazisinə diversiya-təxribat törətməyə gedirdisə, ən azından, onunla 5-8 nəfər yol yoldaşı da olmalı idi. İkincisi də, bu bədbəxtlər nə vaxtdan Azərbaycanın işğal altında olan torpaqlarını öz ərazisi kimi qələmə verirlər ki, guya biz öz ərazimizdə diversantları tapşırıq icra etməyə göndəririk? Torpaq bizim, ərazilər müvəqqəti işğalda. Bunu hamı gözəl bilir".

Ekspert medianı da, sosial şəbəkə istifadəçilərini də bu məsələlərdə çox diqqətli olmağa çağırıb: "Düşmən bizim bəzən onların ağzının üstündən vurmamağımızdan, baş vermiş hadisə ilə bağlı emosional, tələsik fikirlərimizdən istifadə edib, öş çirkin informasiya siyasətini həyata keçirir: "Sözsüz ki, baş vermiş hadisə hər birimizi çox üzür. Ancaq sizi inandırmaq istərdim ki, bizdən daha çox, həm mənəvi, həm də maddi əzab çəkən bizim Müdafiə Nazirliyinin yetkililəridir. Mən bilirəm ki, baş vermiş hadisə onları da hədsiz dərəcədə çox narahat edir. Nə olur-olsun, xahişim və istəyim ondan ibarətdir ki, gəlin bir az səbir nümayiş etdirək. Öz rəsmi qurumumuzun məlumatları ilə paralel öz işlərimizi quraq. Sosial şəbəkə istifadəçisi olan dostlardan və tanışlardan, həmkarlarımdan da acizanə xahişim budur ki, son dərəcə ehtiyatlı və emosiyasız fikirlər yazsınlar. Düşmən yatmır. Ən xırda detallardan belə istifadə etməyə çalışır. Şəxsən, mən onun tərəfdarıyam ki, indi bütün güc və işlərimiz ona hesablanmalıdır ki, Elnur Hüseynzadənin tez bir zamanda geri qaytarılmasına nail olaq. Onu hamıdan çox doğmaları və yaxınları gözləyirlər".

Müdafiə Nazirliyindən Elnur Hüseynzadənin anasının fikirlərinə MÜNASİBƏT

Polkovnik-leytenantın fikrincə, ermənilər bu hadisədən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışacaqlar: "Əvvəlki illərin təcrübəsi və nankor erməni xislətini bilən və ona bələd olan bir şəxs kimi deyə bilərəm ki, "xaçik"lər ondan öz çirkin məqsədləri üçün çox istifadə etməyə çalışacaqlar. Yaxın saatlarda və ola bilsin, bir-iki günə onlar Elnur Hüseynzadəni əməlli-başlı fiziki və psixoloji istiqamətdə ən sərt şəkildə qorxudacaq və ondan bəzi "faktlar" qoparıb kamera və mikrofonlar vasitəsiylə dünyaya yaymağa çalışacaqlar. Bu erməni əxlaqına uyğun bir "kişilik"dir. Bu həssas məqamda gəlin öz fikir və şərhlərimizlə həm girovluqda olan vətəndaşımızın ailəsinə, doğmalarına hansısa zərər yetirməyək, eyni zamanda rəsmi qurumların, xüsusən Müdafiə Nazirliyinin nüfuzuna xələl gətirə biləcək mövqedən, münasibətdən bir qədər uzaq olaq. Tanrı Azərbaycanımızı qorusun! Tanrı Silahlı Qüvvələrimizə hər bir işlərində yardımçı olsun!!!"

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Ermənilər onu Azərbaycan hərbçisi kimi qələmə verərək əsir götürdüklərini bildirirlər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, E.Hüseyzadənin azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR