Lənkəranda iki yaşlı uşaq xəstəxanada ölüb

Lənkəranda iki yaşlı uşaq xəstəxanada ölüb
12:42 3 Fevral 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 3 fevral. REPORT.AZ/ Lənkəran şəhərində iki yaşlı uşaq xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Bəleton kənd sakini, 2015-ci il təvəllüdlü Ağazadə Ayan Teyyub qızı səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Xəstəxanadan bildirilib ki, iki yaşlı A.Ağazadə osmatik status (kəskin nəfəs çatışmazlığı) diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin uşağın valideynlərinin həkimə gec müraciəti səbəbi ilə A.Ağazadə xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-iki-yasli-usaq-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR