DİN həkimin ölümü ilə bağlı məlumat yaydı

DİN həkimin ölümü ilə bağlı məlumat yaydı
12:44 3 Fevral 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 1-də İsmayıllı rayonunun Cülyan kəndində yaşayan Çingiz Bədirov bilmədən içdiyi sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və fevralın 2-də orada ölüb.

 

Qeyd edək ki, Ç.Bədirov rayon xəstəxanasında stomatoloq kimi fəaliyyət göstərib. Onun intihar etməsi ehtimal edilir.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR