Şvartseneqqer Trampı "tarixin ən pis prezidenti" adlandırdı

Şvartseneqqer Trampı "tarixin ən pis prezidenti" adlandırdı
12:46 3 Fevral 2017
43 Şou
Ölkə mətbuatı
A- A+

"The Celebrity Apprentice" ("Məşhur şagirdlər") verilişinin hazırkı aparıcısı, Kaliforniya ştatının eks-meri, aktyor Arnold Şvartseneqqer ABŞ prezidenti Donald Trampın siyasətini pisləyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, prezident aktyorun verilişinə münasibət bildirib.

O, "National Prayer Breakfast"da ("Milli Dua Ziyafəti" - prezident və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük ziyafətlərdən biri) çıxışı zamanı aktyoru ələ salaraq onun aşağı reytinq göstərən verilişinin baxımlılığı üçün hər kəsdən Tanrıya dua etməsini istəyib.

Aktyor isə cavabında belə deyib:

"Hey, Donald, yaxşı bir fikrim var. Nə üçün işini dəyişdirmirsən? Reytinqlər üzrə mütəxəssissən, amma insanlar evlərində rahat yata bilsinlər deyə, bu iş mən öz öhdəmə götürmüşəm. Trampın reytinqləri siyasətinə uyğun idarə etmək istəyir, tarixin ən pis prezidentidir".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR