Çeçenistanda Azərbaycan vətəndaşı saxlanılıb

Çeçenistanda Azərbaycan vətəndaşı saxlanılıb
12:47 3 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çeçenistanda Respublikası üzrə Sərhəd İdarəsi qanunsuz şəkildə federasiya sərhədini keçməyə cəhd edərkən Azərbaycan vətəndaşı A.Mirzəcanovanı saxlayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, əvvəllər soyadı Tağıyeva olan A.Mirzəcanovanın Rusiyaya girişinə ötən ilin mart ayında qadağa qoyulub. Rusiya icra hakimiyyətinin səlahiyyətli orqanları ona 2019-cu ilin yanvar ayına qədər ölkəyə girişi yasaqlayıb.
Hazırda A.Mirzəcanova ilə bağlı istintaq tədbirləri aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cecenistanda-azerbaycan-vetendasi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR