Azərbaycan Beynəlxalq Bankı ödəniş kartlarında endirimlər edib

Azərbaycan Beynəlxalq Bankı ödəniş kartlarında endirimlər edib
12:47 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı (ABB) bu istiqamətdə daha bir mühüm addım atıb. Bank müştərilərə təklif olunan ödəniş kartları üzrə xidmət haqqı tariflərinə yenidən baxıb və xidmət haqlarında 80%-ə qədər endirimlər edib.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Məsələn, indi "Visa Classic" və "MasterCard Standart" kartlarını Beynəlxalq Bankdan cəmi 10 manata, "Visa Gold" və "MasterCard Gold" kartlarını 30 manata, "Platinum" kartlarını isə 50 manata əldə etmək olar.
Ölkədə yeganə olaraq məhz ABB-nin müştərilərə təqdim etdiyi "American Express" ödəniş kartları üzrə xidmət haqlarında da böyük endirimlər var. Belə ki, "American Express"in "Green" kartlarını indi cəmi 60 manata, "Gold" kartlarını isə 150 manata almaq mümkündür.
Qeyd edək ki, 763 ATM-i, 11 mindən çox POS-terminalı fəaliyyət göstərən ABB-nin ödəniş kartları ən yüksək təhlükəsizlik standartları ilə təmin edilib. Bu kartları Bankın bütün filial və şöbələrində sifariş vermək olar. 
Yeni fəaliyyət mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı effektivliyin artırılması, bankın məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin gücləndirilərək satışının stimullaşdırılması, ən əsası isə müştəri məmnuniyyətinin yüksəldilməsi üçün lazımi tədbirləri davam etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-odenis-kartlarinda-endirimler-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR