Pakistan parlamenti Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etdi

Pakistan parlamenti Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etdi
12:53 3 Fevral 2017
26 Digər
Ölkə mətbuatı
A- A+

Pakistan Milli Assambleyasının (parlament) Xarici Əlaqələr Daimi Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.

Pakistan KİV-i xəbər verir ki, sənəd Komitə üzvlərinin görüşü zamanı qəbul edilib.

Qətnamədə ermənilərin Xocalıda törətdiyi soyqırımı da pislənilir.

Komitə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini təsdiqləyib.

Sənəddə həmçinin Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar qəbul edilmiş BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi üçün çağırış da var.

Eyni zamanda, Pakistan parlamentinin komitəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini də bəyan edib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR