Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9 min manatliq üzüyü oğurlanıb

Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9 min manatliq üzüyü oğurlanıb
13:02 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatliq brilyant üzüyü oğurlanıb.
“Report”un xəbərinə görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.
Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq krantın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb.
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/nizami-kino-merkezinde-film-izlemeye-gelen-qadinin-9-min-manatliq-uzuyu-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR