Çalhanoğlu: "Atam səhv etdiyini bilir"

Çalhanoğlu: "Atam səhv etdiyini bilir"
13:05 3 Fevral 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Trabzonspor" klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün FİFA tərəfindən 4 ay müddətində futboldan uzaqlaşdırılan Türkiyə millisinin və "Bayer"in üzvü Hakan Çalhanoğlu cəza ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi sözügedən müqavilədə atasının səhvi olduğunu deyib:

"17 yaşımda "Karlsruher"nin gənclərdən ibarət komandasında oynayırdım. Həmin vaxt atam Darmştadt şəhərində "Trabzonspor" rəsmiləri ilə görüşüb, müqaviləm barədə razılığa gəlmişdi. Biz elə böyümüşük ki, atanın sözündən heç vaxt çıxa bilmərik. Ataya hörmək edirik və onun sözlərinə əməl edirik. Həmin vaxt fikrimdə futboldan başqa bir şey yox idi. Atam evə gəldi və: "Hakan, bu müqaviləni imzalamalısan", - dedi. Atam böyük bir səhv etdiyini bilir və çox üzgündür. O, bundan sonra da mənim atam olaraq qalacaq, amma heç vaxt karyerama müdaxilə edə bilməyəcək". 

Xatırladaq ki, FİFA türkiyəli yarımmüdafiəçinin 2011-ci ildə transfer qaydalarını pozduğunu müəyyənləşdirib. Həmin vaxt "Karlsruher"in şərəfini qoruyan Çalhanoğlu "Trabzonspor"la müqavilə imzalamağa razılıq vermişdi. Sonradan fikrini dəyişən Hakan klubu ilə müqavilənin müddətini uzatmış, daha sonra "Hamburg"a keçmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR